Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də Türkiyəyə işgüzar səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə çərşənbə axşamı Kremlin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, V.Putin “Türk axını" qaz boru kəmərinin istismara verilməsi ilə bağlı mərasimdə iştirak etmək üçün İstanbula gedəcək.

Bununla yanaşı, V.Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağı, həmçinin Rusiya-Türkiyə əməkdaşlığının daha da inkişaf etdirilməsi və aktual beynəlxalq məsələlərin, o cümlədən Suriya və Liviyadakı vəziyyətin müzakirə ediləcəyi bildirilir.