Bakıda ev alqı-satqısı ofisində quldurluq edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə yanvarın 7-də saat 18 radələrində, paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1968-ci il təvəllüdlü V.Nəbiyev ev alqı-satqısı ofisində olan zaman 1954-cü il təvəllüdlü Ə.Məmmədov tərəfindən bıçaqla hədələnərək 500 manat pulu və mobil telefonu quldurluq yolu ilə ələ keçirilib.

Daha sonra V.Nəbiyev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.