Ötən gün Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl Dərdini Danış»da İmişlidən olan ailə çıxış edib.
Unikal.org xəbər verir ki, Eldar bəy oğlunun qoyun otaran zaman tanımadığı şəxs tərəfindən boğularaq kanala atıldığını bildirib. «Qızım qaça-qaça gəlib xəbər etdi ki, bəs Elvini kimsə boğub kanala atdı.Getdim gördüm uşağım pis günündə..»
Həmin anda Elvinə qarşı təcavüz etmək istəyən şəxs «Məni Zahid göndərib» deyərək Elvinə hücm edib. 4 yaşlı uşağın iddialarına görə həmin şəxs 25-26 yaşlarında iri gözlü və hündür şəxs olub. Ailə iddia edir ki, ərazidə kameralar olsa da, işi görən şəxsi tapan yoxdu.