Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxsin saxlanılması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nərminin atası Şərif Quliyev yayılan xəbərləri yalan olduğunu bildirib:
"Biz kənddəyik. Qızımın 3 mərasimindir. Bu barədə məlumat olsaydı ilk, mən bilərdim. Hazırda da hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri də buradadırlar. Əgər belə bir hal olsaydı bizə deyərdilər".
Famil Fərhadoğlu