Ukraynanın qərbində yerləşən Vinnitsa vilayətində 44 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə "golos.ua" portalı məlumat yayıb.
Məlumata görə, adı açıqlanmayan azərbaycanlı 63 yaşlı yerli vətəndaşın “Chevrolet” markalı avtomobilini oğurlamaqda ittiham olunub.
Oğurluğu sübuta yetiriləcəyi təqdirdə həmyerlimizi 5 ilə qədər həbs cəzası gözləyir.