10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinən İlkin Süleymanov Bakıya gətirilib.
Unikal.org news24.az-a istinadən xəbər verir ki, onun işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.
Dindirilmə zamanı Nərmini necə saxladığını və ona nələr etdiyini açıqlayıb. Müəyyən edilib ki, Nərminin günlərdir saxlanıldığı yer natəmiz və soyuq olub.
İstintaq zamanı Nərmini yandırdığı benzin qabı aşkar edilib. Məlum olub ki, benzinin hamısı istifadə edilməyib. Ölüm səbəbi isə başının arxasından aldığı daş zərbəsi ilə olub. Sonda isə yandırılıb. Yandırılarkən də videoya çəkilib.
O da məlum olub ki, əlbir olduğu deyilən polis əmisi oğlu İlkinin divar qonşusudur.
Xatırladaq ki, hadisə noyabrın 21-i gecə saatlarında baş verib. Axşam saatlarında qonşuluqdakı toya hazırlıq gedib. Babası ondan evə gedib gödəkcəsini gətirməsini istəyib. Bundan sonra ondan heç bir xəbər alınmayıb.