Erməni ifaçılar bu dəfə Xalq artisti Röya Ayxan və müğənni Tunar Rəhmanoğlunun “Həsrət nəğməsi” mahnısını oğurlayıblar.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, sözləri Vüqara, musiqisi Rəşad Bağırova məxsus mahnını müğənnilər Serine Hovhannisyan və Levon Zaqaryan ifa edib.
Mahnı “Youtube” video-portalında “İmacir Sirel em” adı altında təqdim olunub. Sözlərin müəllifi kimi Artur Mesropyan qeyd edilsə də, musiqinin kimə məxsus olması yazılmayıb.