Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni kadr təyinatları aparılıb.
Unikal xəbər verir ki, Təhsil nazirinin müvafiq əmrlərinə əsasən, BŞTİ-nin müdir müavini vəzifələrinin icrası Raman Məmmədova və Şahin İsgəndərova həvalə edilib.
Qeyd edək ki, Raman Məmmədov hazırda BŞTİ-nin İnsan resursları sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin, Şahin İsgəndərov isə BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin icraçısıdır.