Tanınmış vəkil Elçin Sadıqov barəsində başlanmış intizam icratına xitam verilib.
Unikal.org xəbər verir ki, bu barədə report-a E.Sadıqovun özü məlumat yayıb.
Onun sözlərinə görə, bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında olub: "VK-nin Rəyasət Heyəti Baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında barəmdə başlanmış intizam icraatına xitam verilməsi ilə bağlı qərar çıxarıb. Eyni zamanda fərdi fəaliyyətimin davam etdirilməsi barədə müraciətim də təmin edildi".