İngiltərə Premyer Liqasının ötən turu çərçivəsində “Aston Villa” klubuna qarşı keçirilən qarşılaşmada böyükhesablı qələbəyə sevinən “Mançester Siti” futbolçuları mükafatlandırılıb.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı "The Sun" nəşri yayıb. Məlumata görə, baş məşqçi Xosep Qvardiolanın razılığı ilə futbolçular üçün əyləncə gecəsi keçirilib. Gecənin xüsusi qonaqları İtaliyadan gətirilmiş 22 model xanım olub.
Mərasim klub nümayəndələri tərəfindən bir neçə ay müddətində hazırlanıb.
Xatırladaq ki, “Mançester Siti” “Aston Villa” üzərində 6:1 hesablı qələbə qazanıb.