Müğənni Manaf Ağayev geyimləri ilə bağlı yazılan iradlara münasibət bildirib.
Unikal.org xəbər verir ki, ifaçı bu barədə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində danışıb.
“Mənə deyirlər ki, səni kimsə geyindirir? Deyirəm ki, özüm seçirəm. Yaşıma-başıma uyğun paltarlar geyinirəm. Səhnə adamı olmasaydım, rəngli geyinməzdim. Stilist pis şey deyil. Əgər öz zövqün yoxdursa, niyə də olmasın?” deyə, M.Ağayev söyləyib.