Rusiyanın hüquq-mühafizə orqanları "Taxi" ləqəbi ilə tanınan kriminal avtoritet Qeorqiya Uqlavanı həbs edib.

Unikal.org xəbər verir ki, "Qanuni oğru"nun yaxalanması ilə bağlı yayılan görüntülərdə xüsusi təyinatlıların onu evinə daxil olaraq saxlaması öz əksini tapıb.

Qeyd edək ki, əməliyyat 2015-ci ildə həyata keçirilib. "Taxi" ləqəbli avtoritet Moskvadakı evində, onun 10 tərəfdarı isə Trans-Baykal ərazisində ələ keçib.(baku.ws)