Bakıda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bu barədə Unikal.org-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Rəis qeyd edib ki, tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib:
"Bıçaqla hücüm edilməsi faktı təsdiqini tapmayıb.
Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır. Araşdırmanının nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".
E.Hacıyev jurnalistlərə tövsiyə edib ki, bu və ya digər halda polisin fəaiyyət sahəsində dair məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər.
"Jurnalistlərin suallarına 24 saat ərzində hər hansı bir məhdiyyət yaradılmadan tərəfimizdən cavablandırılır", - Bakı polisinin sözçüsü əlavə edib.
Qeyd edək ki, mətbuatda yer alan məlumatlarda mübahisənin Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”da düşdüyü və davanın həmin iaşə obyektiin qarşısında baş verdiyi bildirilirdi.