Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində yerləşən Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi hissədə silahlı insident baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.
Onun sözlərinə görə, naməlum şəraitdə iki əsgər - 2001-ci il təvəllüdlü Qenri-Ayk Zakaryan və 2000-ci il təvəllüdlü Armen Mesropyan silahdan açılan atəş nəticəsində yaralanıb. Ovannisyan Zakaryanın vəziyyətinin ağır olduğunu bildirib.
Hadisənin səbəbləri məlum deyil.