Tanınmış fitnes ustası Kamil Zeynallı Gəncə Körpələr Evində çəkilən videonu paylaşıb.
Unikal.org xəbər verir ki, Kamil Zeynallı körpələr evində uşaqlara yaxşı baxılmadığını bildirib. Çox sayda şikayətlər aldığını deyən Kamil bu məsələyə dövlət qurumlarından reaksiya verilməsini xahiş edib:
"Uşaqlar pintilik içində yaşayır. Uşaqlara gələn payları mənimsəyirlər. Bilirəm ki, heç vaxt boyunlarına almazlar. Gəncə Körpələr Evinin müdirəsini və işçilərini dəyişmək lazımdır. Ora gələn insanlarla da çox vaxtı söyüşlə, təhqirlə danışırlar. Bir neçə nəfər ora yardım aparıb. Səhəri gün yenidən gəliblər ki, həmin paylar orada yoxdu. Uşaqları iplə bir-birinə bağlayıblar".