Meyxanaçı Oqtay Kamil qadınlarla bağlı qalmaqallı açıqlama verib.

Unikal.org xəbər verir ki, sənətçi “Səhər-səhər” verilişində xanımların işləməsinə pis baxdığını bildirib:

“Qadın ev işi üçün yaradılıb. Onlar maşın sürməməlidir. Ev işi qadın, maşın kişi üçündür. Qadına qadağa qoymaram. Elə qadın seçərəm ki, bilər nə olmaz. Qadın elə gözəl addır ki, elə yaşamalıdır kişi deməsin, onu-bunu etmə”.

Xəyanətdən danışan meyxanaçı “Hər kişinin ailəsindən başqa qadın dostu olmalıdır” sözlərini deyib.