Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyə edilən azərbaycanlı tələbələr təyyarə ilə Bakıya yola salınıb.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya gətirilir.

***

Zəlzələ bölgəsindən Naxçıvana təxliyyə olunan, oradan isə paytaxta göndərilən tələbələr artıq Bakıdadır. Onları Naxçıvandan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.