Oğuz rayonunda baş vermiş yanğın söndürülüb
Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb. ETSN-nin mətbuat katibi İradə İbrahimova Unikal.org-a bildirib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.