"11 yaşımda bir əsər oxudum, indiyənə kimi də sevilir. Üç-dörd filmdə çəkilmişəm. Oxuduğum da Qızıl fonddadır. İndiyənə kimi də yazıb-yaradıram. Ona heç xanım da demirəm, o söz ona düşmür - İlahə Fəda. Xalq üçün bunları etmişəm, sən nə etmisən?".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu ARB TV-də yayımlanan "Ona qalsa" proqramında deyib. İfaçı həmkarı İlahə Fədanın onun ünvanına dediyi tənqidlərə cavab verib:
"Çıxıb efirdə kimin əqidəsindən danışır? Kim ona bu haqqı verib? Çıxıb Rövşanə Ağasəfqızının verilişində ağzına gələni deyib. İsti havada oğlumla girib suyun altına, video çəkmişəm. Deyir ki, kimə nəyi sübut edirsən? Mən kimliyimi sübut etmişəm. Amma sən kimsən bilinmir.
Kimliyini sübut edərəm, amma heyif ki, ortada Fədayə Laçın var. Ondan keçə bilmirəm. Anası da gözəl xanımdır. Anası onun yanında danışmaqdan qorxur. Kimsən çıxıb tərbiyədən danışırsan?".
Həmin an canlı yayıma zəng edən İlahə Tacirin dediklərinə "Qısa deyəcəm: İt hürər karvan keçər. Bu qədər" söyləyərək, telefonu bağlayıb.
Əsəblərinə hakim ola bilməyən T.Şahmalıoğli İlahəni hədələyib:
"Düz deyirsən, adam tərbiyədən danışır. 10 milyon xalqın qarşısında bu sözdür danışırsan? Get, güzgünün qabağında dur, gör qadına oxşayırsan? Kim sənə bu haqqı verib ki, belə danışırsan? Kişiyəm, başına oyun açaram. Kişiliyimə yaraşmaz. Mənə ayıb olar, durub hansısa qadınla mübahisə edim. Onunla heç bir problemim, qəsdi-qərəzliyim yoxdur".(axşam.az)