Xalq artisti Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə aktyor özü “5/5” verilişinin canlı efirinə telefon vasitəsilə qoşularaq məlumat verib.
Proqramda ad gününü qeyd edən aparıcı Hacı Nuranı təbrik edən R.Dadaşov səhhətində yenidən problemlərin yarandığını və təcili şəkildə xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürüb.