Bakıda itkin düşən ruhi əsəb xəstəsi tapılıb.

Unikal.org-un xəbərinə görə, hadisə yanvarın 25-də, saat 20 radələrində, paytaxtın Nərimanov rayonu ərazsində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü, ruhi əsəb xəstəsi T.Rza yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra T.Rzanın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində T.Rza tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.