Göygöl rayonunda məişət tullantılarını yandırmaq üçün ağ neftdən istifadə edən 16 yaşlı oğlanın üzü yanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Yadigar Hüseynov yaşadığı Göygöl rayonunun Üçtəpə kəndindəki evin həyətində toplanmış məişət tullantılarını yandırmaq üçün ağ neftdən istifadə edib. Bu zaman alov onun üzünü yandırıb. O, yaxınları tərəfindən Gəncə şəhər 2 nömrəli Uşaq Poliklinikasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.