Bakıda daha bir uşaq maqnit udub.
Uniksl.org xəbər verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər.
Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib. Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirilərək digər 4 maqniti bağırsaqdan çıxarıb. Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb.
Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.
Qeyd edək ki, bir neçə gün bundan qabaq 2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu.