Azərbaycan Xalq artisti Zeynəb Xanlarova solo konsert verməyə hazırlaşır.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, 12 ildir ki, solo konsert verməyən Zeynəb Xanlarova 18 mart tarixində Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq. Musiqili gecəyə media və şou-biznesin diqqəti böyük olsa da, bu, bilet satışında özünü göstərmir. 20-250 manat arasında dəyişən biletlərin çox az sayda alınmasına “iTicket.az” onlayn satış platformasına daxil olaraq görmək mümkündür. Ən çox satış 20-40 AZN-lik olan yerlərədir.