Müştəri “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən filialından şikayətlənir.
Unikal.org “Report”a istinadən xəbər verir ki, şikayətini sosial şəbəkə vasitəsilə yayan qadın restoranda yediyi pizzadan kauçuk çıxdığını bildirib.
Onun sözlərinə görə, restoran əməkdaşlarına etirazını bildirsə də, heç bir tədbir görülməyib.
Məsələ ilə bağlı restorandan bildirilib ki, şikayət olması barədə İdarə Heyətinə məlumat verilməyib:
“Belə bir hal baş verərsə, müştəridən hesab alınmır”.