2019-cu il ərzində müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı ilə bağlı Əqli Mülkiyyət Agentliyinə daxil olan müraciətlərin sayı məlum olub.
Unikal.org xəbər verir ki, Əqli Mülkiyyət Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən il müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı ilə bağlı 841 müraciət əsasında 834 əsər dövlət qeydiyyatından keçirilib.
Qeydiyyat üçün müraciət edən fiziki şəxslər arasında Aygün Səmədzadə, Miryusif Mirbabayev (Miri Yusif), Cavanşir Quliyev, Elçin İmanov, Natiq Şirinov, Şəmistan Əlizamanlı kimi tanınmış şəxslər də var.