Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, qeyd edək ki, yanvarın 27-də gecə saatlarında Yasamal rayonunda 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Xəqani Səfərovun baş nahiyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilin ələ keçirilməsi ilə bağlı 102 - Zəng Mərkəzinə müraciət daxil olub. Daxil olan müraciət əsasında Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Yasamal RPİ və 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Siyəzən rayon sakinləri, əvvəllər məhkum olunmuş Tehran Güləliyev və yetkinlik yaşına çatmayan E.Paşayev gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar. Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsinə şübhəli şəxslər ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.