Gəncə şəhərində məsciddən oğurluq olub.
Unikal.org “Report”a istinadən xəbər verir ki, şəhərdə yerləşən Şah Abbas məscidindən oğurluq edilib.
Məlumata görə, məsciddən “Qurani Kərim” kitabı və 110 manat pul oğurlanıb.
Hadisəni bir və ya birdən çox şəxsin törətdiyi hələ məlum deyil, araşdırma aparılır.
Qeyd edək ki, Şah Abbas məscidi (və ya Gəncə Cümə məscidi) Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memearlıq üslubunda inşa edilmiş tarixi məsciddir.