Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral zəlzələ ilə bağlı Azərbaycanın Türkiyəyə yardım göstərməsi məsələsinə aydınlıq gətirib.
Unikal.org-un məlumatına görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi zəlzələ ilə bağlı Türkiyəyə lazımi yardım göstərib:
“Zəlzələnin ilk anından etibarən Azərbaycanın rəsmi dövlət qurumları tərəfindən, həm Xarici İşlər Nazirliyindən, həm də Fövqəladə Hallar Nazirliyindən, Türkiyəyə yardım üçün hər zaman hazır olduqlarını bildirdilər".
Onun sözlərinə görə, zəlzələ baş verən andan Azərbaycan tərəfi müvafiq addımlar atıb: "Bu istiqamətdə bizim yanımızda oldular. Həm hər iki ölkənin səfirlikləri, həm də müvafiq qurumları vasitəsilə əlaqələr saxlanıldı. Türkiyə tərəfi nə istədisə, Azərbaycan tərəfi verdi. Yəni Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan yardımları edib".