Şirvan şəhərində iki nəfər dəm qazından zəhərlənib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, 42 yaşlı Asim Süleymanov və onun həyat yoldaşı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, A.Süleymanov dünyasını dəyişib. Onun həyat yoldaşı isə reanimasiyaya yerləşdirilib.