İstanbulda müxtəlif cinayətlərdə adı hallanan və Rusiyaya işləyən  dəstə üzvlərinə qarşı əməliyyat keçirilib.

Unial.org xəbər verir ki, Türkiyədə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi bir müddət öncə dəstəni izləməyə başlayıb. 

Uzun müddətli axtarışlardan sonra dəstə üzvlərinə qarşı bu gün səhər saatlarında geniş miqyaslı əməliyyat təşkil edilib və 16 nəfər saxlanılıb.  

Saxlanılanlardan biri Rusiya, 3-ü Ukrayna, 4-ü Gürcüstan, 8-i isə Azərbaycan vətəndaşıdır. 

Dəstə üzvlərindən 11 tapança, tüfəng və 222 güllə ələ keçirilib. 

Hazırda onlar haqqında istintaq davam edir.