Xırdalan şəhərində yeni çəkilmiş içməli su şəbəkəsinə birləşmələrin verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar bu gün ərzində şəhərin 26-cı məhəlləsinə və Quşçuluq massivi adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Unikal.org-a “Azərsu” ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.