Masallı Rayon Məhkəməsində toyundan sonra 16 yaşlı arvadını öldürməkdə şübhəli bilinərək saxlanılan İman Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Masallı rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.

Belə ki, məhkəmə İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.