Türkiyədə vaxtilə reytinq rekordları qıran “Adanalı” serialında Pınar rolunu oynayan Tuğçe Özbudak indiki xarici görünüşü ilə hər kəsi təəccübləndirib.
Unikal.org xəbər verir ki, “2-ci Səhifə” verilişinin qonağı olan Özbudak estetik əməliyyat olunduğunu da etiraf edib:
“Burnum estetik əməliyyat olunub, dodaqlarımda dolğu var. Çənəmdə və üzümdə botoks var” deyən 37 yaşlı aktrisa indiki halından çox razı olduğunu bildirib.
Qeyd edək ki, özündən 12 yaş kiçik sevgilisi ilə keçən ilin sentyabrında nişanlanan Tuğçe onunla çox xoşbəxt olduğunu bildirib.
Gülayə Mecid