Yanvarın 29-da “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Tərtər, yanvarın 30-da isə sədr müavini Köçərli Həsənov Ağdam rayonunun sakinləri ilə görüşüb.
Unikal.org xəbər verir ki, qəbullarda Tərtər və Ağdam rayonlarından olan 39 vətəndaşın müraciət və şikayətlərinə baxılıb.
Müraciətlər içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.