Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən Bakı Dövlət Universitetinin çinli tələbəsi evə buraxılıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, həkimlərin nəzarətindən keçən tələbədə hər hansı virusa yoluxma halı aşkar edilməyib.

Rusiyanın Krosnayarsk vilayətindən Azərbaycana gələn şəxs isə 1 saylı Kliniki Tibbi Mərkəzə öskürək və asqırmaqla bağlı müraciət edib.

Həmin xəstədən də nümunələr götürülüb laboratoriyaya göndərilib. Yaxın vaxtlarda nəticələr məlum olduqdan sonra evə buraxılacaq.

***

Səhiyyə Nazirliyi də tələbəylə bağlı açıqlama yayıb. Bildirilir ki, Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-na qədər Çində olub. Ayın 27-si KTM-ə respirator infeksiya ilə mürəciət edib. Dərhal lazımi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir.

Xəstəxananın baş direktoru Ədalət Dadaşovun verdiyi məlumata görə xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq.