Bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Dilay Kəmər müalicəsini davam etdirir.
Unikal.org xəbər verir ki, sosial şəbəkədə kemoterapi alarkən "Dualarınızı və enerjinizi gözləyirəm" başlıqlı şəkil paylaşaraq sevənlərindən dəstək istəyib:
"Hər kəsə salam! İlk dəfə xəstəlik vaxtından bəri bir şey paylaşmaq istədim. Hesab edə biləcəyimdən daha çox müalicə aldım, həm fiziki, həm də mənəvi cəhətdən dəyişdim, amma ümid edirəm ki, bu günün sonudur, Allahın izni ilə bu gün ikinci dəfə illik nəqli alıram. İndiyə qədər sevginizi hiss etdirən gözəl qəlblərinizdən öpürəm”.
Qeyd edək ki, xərçəng müalicəsi alan Dilay Kəmər “Fənərbaxça” TV-nın gənc və sevilən aparıcılarındandır.
Gülayə Mecid