Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub.
Unikal.org “Report”a istinadən xəbər verir ki, o, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildiirlib ki, bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib.