78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədovun ötən ilin avqust ayında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilən oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları azadlığa buraxılıb.
Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında məhkəmənin hökmü ilə onların hər birinə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.