Tağı Əhmədov Bakı Metropoliteni rəisi vəzifəsindən getdikdən sonra borc verdiyi işçilərin quruma olan borcunun miqdarını açıqlayıb.
Unikal.org-un xəbərinə görə, SPACE TV-nin yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olan Tağı Əhmədov deyib ki, rəisi vəzifəsindən azad olduqdan sonra sözügedən işçilərin metroya 500 min manat dəyərində borcu qalıb:
"Metronun keçidlərində ticarət mərkəzləri var idi. Ordan gələn vəsaitlər dövlətə köçürülürdü. Stansiyalarda 1200 adam işləyirdi. Onları 4-ə vursaq Bakıda 5 min adam ac qalmırdı. Ticarət yerlərindən xadimələrim, stansiya rəisləri və digər işçilər dolanırdı. Mən işçilərin qəndin, çayın verirdim. Bəli boynuma alıram. O, vaxt dövlət içində biraz arxayınlaşıb, hegemonluq edirdim. Mən işçilərə maaşlarından başqa, faizsiz əlavə pulda verirdim. Bəzi işçilər gəlib deyirdi ki, uşağım tələbədir, maaışımla onun 2000 manat illik haqqını verə bilmirəm. Mən dərhal tapşırıb deyirdim ki, ona 1 illik faizsiz 2000 min pul verin.
Mən işdən çıxanda, sözügedən işçilərin metroya 500 min borcu qalmışdı".