Sən demə, başqa idman növlərinin təmsilçilərinin də futbol qumarına qoşulmasıyla bağlı deyilənlər gerçək imiş.
Unikal.org xəbər verir ki, bu mövzuda "Futbol+" qəzetinin redaksiyasına çox ilginc xəbər daxil olub.
Belə ki, futbol oyunlarının nəticəsinə müdaxilə edən şəxslərdən daha biri həbs olunub. Söhbət basketbol yığmamızın üzvü Amil Həmzəyevdən gedir.
30 yaşlı basketbolçunun hazırda Kürdəxanı təcridxanasında saxlanıldığı bildirilir. Yığmanın heyətində 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olan Həmzəyev son vaxtlar "Gəncə"nin formasını geyirdi.
Və bir müddət çempionatın ən məhsuldar basketbolçuları sırasında yer alırdı. Amma son bir neçə turda onun adına rast gəlinmir. Amillə əlaqə saxlamaq mümkünsüzdü. Basketbolun içində olan bəzi şəxslər də onun mobil telefonuna zəng çatmadığını söyləyib.
Danışılmış oyunlarla bağlı Kürdəxanıda saxlanılan digər şəxs futbol yığmamızın sabiq üzvü Cəmşid Məhərrəmovdur.