Ukraynanın paytaxtı Kiyevdə təhlükəsizlik qüvvələri cümə namazı üçün məscidə gedən müsəlmanları yoxlayıb.
Unikal.org-a xəbər verir ki, Rusiya, Yəmən, Azərbaycan, İran və digər müsəlman ölkələrinin möminləri məscidə gəlib, namaz qıldığı zaman Ukrayna polisinin hücumuna məruz qalıb. Kiyevin İslam Mədəniyyət Mərkəzinin məscidinə, milli polisinin müşayiət etdiyi dövlət miqrasiya polisinin 40-a yaxın əməkdaşı yoxlama keçirib. Nəticədə 25 nəfər saxlanılıb. Saxlanılanlardan 10 nəfəri Azərbaycan vətəndaşıdır.
Ukrayna Müsəlmanları Dini İdarəsinin müftisi Səid İsmayılov Ukrayna polisinin bu hərəkətini tənqid edib: "Rusiya dövlətini məscidlərə basqın etdiyi üçün tənqid edirdim. Bu gün Kiyevdə də eyni hal yaşanır".
Ukrayna Dövlət İmmiqrasiya İdarəsinin verdiyi açıqlamada vurğulanıb ki, qurum Ukrayna qanunlarını yerinə yetirərkən dini və etnik azlıqlara hörmətlə yanaşır.