Şamaxıda törədilən qətlin təfərrüatları məlum olub.
Unikal.org apa-ya istinadən məlumatına görə, "Yeddi Gümbəz" qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.
Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir.
Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.