Müğənni Ahmet Kayanın ailəsi onun çəkilən "İki Gözüm: Ahmet" filmini məhkəməyə verib.
Unikal.org xəbər verir ki, ifaçının həyat yoldaşı Gültən Kaya və qızları ekrn işinin efirə getməsinin qarşısını almaq üçün belə bir addım atıblar.
Məhkəmə istəyi qəbul edib və fevralın 7-də yayımlanacağı gözlənilən filmin nümayişini dayandırmaq qərarı verib.
Xatırladaq ki, bir müddət əvvəl ifaçının ailəsi mətbuata müsahibəsində bildirib ki, Ahmet Kayanın ailəsindən icazə alınmadan, onun həyatını mövzuya çevirən bütün layihələr Türkiyə Cümhuriyyətində və bütün dünyada qanunsuzdur.