Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyyə edilən Azərbaycan vətəndaşları artıq Türkiyəyə çatıb.
Unikal.org xəbər verir ki, təxliyyə edilənlərin arasında 32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Albaniya vətəndaşı var. Onları gətirən “Koca Yusuf” ambulans-təyyarəsi Türkiyənin paytaxtı Ankaranın Etimesgud Hava Limanına enib.
Sərnişinlərə xüsusi forma geyindirilib. Onların təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınmasına başlanılıb. Karantində saxlanılacaq şəxslər üçün ayrı otaqlar hazırlanıb.
Həmin şəxslər Dr.Zekai Tahir Burak xəstəxanasına aparılacaq.