Hazırda koronavirus səbəbindən Ankarada karantində saxlanılan şəxslərin səhhətində problem yoxdur.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib. Onun sözlərinə görə, sabah ilkin nümunələrin nəticələri açıqlanacaq.
İndiyədək Türkiyədə koronavirusa yoluxma halının qeydə alınmadığını deyən nazir vurğulayıb ki, əhali yoluxucu xəstəliklərə, o cümlədən qripə qarşı diqqətli olmalı, xəstəliklərdən qorunma təlimatlarına əməl etməlidir.
Qeyd edək ki, Çində ölümcül koronavirusun geniş yayıldığı Uhan şəhərində yaşayan 42 nəfər ötən gün Türkiyəyə gətirilib. Onlardan 6 nəfəri Azərbaycan vətəndaşıdır. Təxliyə olunan şəxslər Ankaradakı Zəkai Tahir Burak adına xəstəxanaya yerləşdirilib.