103 saylı Gədəbəy seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüş Elmar Musayev Dəyəqarabulaq, Musa yalı, Günəşli kəndlərində seçicilərlə görüşüb.

Unikal.org xəbər verir ki, seçicilərin aktivliyi ilə keçirilən görüşlərdə etimad və güvənlərinə görə seçicilərinə təşəkkür edən E.Musayev özü barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Görüş zamanı Elmar Musayev kənd sakinləri ilə söhbət edib, onların yaşayışı ilə maraqlanıb, seçicilərin suallarını cavablandırıb.