Bakının Suraxanı rayonunda 45 yaşlı kişiyə qardaşı tərəfindən xəsarət yetirilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Ağayev İlham Həmid oğlunun başına avtomobil təkərini açmaq üçün istifadə edilən açarla bir neçə dəfə zərbə endirilib. Nəticədə ağır xəsarət alan İ.Ağayev xəstəxanaya yerləşdirilib.

Faktı Suraxanı polisi araşdırır. Hadisənin İ.Ağayevin qardaşı tərəfindən törədildiyi deyilir.