Bakıda kəsim üçün saxlanılan inək ipi qırıb qaçıb.
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında “Əhmədli” metrostansiyasının yaxınlığında baş verib. Dana bağlandığı yerdən qaçaraq yaxınlıqdakı bir qadına hücum edib, nəticədə orta yaşlı qadın xəsarət alıb.
Daha sonra isə dananın tutulması üçün polisə müraciət olunub. O, üç saat ərzində şəhərin müxtəlif yerlərində qaçaraq insanların həyatı üçün təhlükə yaradıb.
Sonda polis əməkdaşları dananı tuta biliblər.