Azərbaycanlı kriminal avtoritet “Lotu Quli” (Nadir Səlifov) İstanbulda saxlanılıması ilə bağlı məlumat yayılıb.
Unikal.org xəbər verir ki, onunla birlikdə 17 nəfər şübhəli saxlanıldığı deyilir.
Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2 ukraynalı və 1 rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb.
Türkiyənin “Milliyet” qəzeti azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) saxlanılması ilə bağlı xəbər yaysa da, daha sonra “Quli”nin deyil, ona qarşı sui-qəsd hazırlayanların tutulduğunu bildirib.